London səhnəsində
“Leyli və Məcnun”un konsert
təqdimatı
Dünya şöhrətli muğam
ifaçısı, Xalq
artisti Alim Qasımov və qızı, Əməkdar
artist Fərqanə Qasımova
Londondakı “Sadlers
Wells” Teatrında konsert
proqramı ilə çıxış ediblər.
Noyabrın 13-dən 17-dək
nümayiş olunan teatrlaşdırılmış konsert proqramı xoreoqraf Mark Morris tərəfindən
Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” operasına uyğunlaşdırılıb.
Mark Morrisin rəqs
qrupunun və “İpək Yolu” ansamblının qatıldığı
konsertdə Alim Qasımov və Fərqanə Qasımovanın
ifaları sürəkli
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2018.- 21
noyabr.- S.8.