“Əli və Nino”nun müəllifinin məzarı ziyarət edilib
İtaliyada XXI Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkasında iştirak edən Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Pozitano şəhərində məşhur yazıçı Məhəmməd Əsəd bəyin (Qurban Səid) məzarını ziyarət edib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və nümayəndə heyətinin üzvləri Pozitano şəhəri qəbiristanlığında yerləşən məzarın üzərinə gül dəstəsi qoyublar.
Qeyd edək ki, Məhəmməd Əsəd bəy 1905-ci ildə anadan olub. 1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edənə qədər ailəsi ilə birgə Bakıda yaşayıb. Bir müddət Almaniya və Avstriyada məskunlaşıb, daha sonra İtaliyaya köçüb. 1942-ci ildə İtaliyanın Pozitano şəhərində vəfat edib. Məzarın olduğu yer isə 2017-ci ildə Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən müəyyən olunub.
“Qurban Səid” təxəllüsü
ilə əsərlər yazan Məhəmməd
Əsəd bəy daha çox
“Əli və Nino” romanı ilə məşhurdur.
Bu əsər 30-dan çox
dilə tərcümə olunub. Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın layihə rəhbərliyi
və BAFTA mükafatçısı Asif
Kapadianın rejissorluğu ilə “Əli
və Nino” adlı bədii film çəkilib.
Mədəniyyət.- 2018.- 21
noyabr.- S.5.