Bakıda Polşa filmləri nümayiş olunacaq
Noyabrın 22-dən 28-dək
Bakıda 3-cü “Vistula” Polşa
filmləri festivalı
keçiriləcək. Festival çərçivəsində tamaşaçılar polşalı
rejissorların “Varşava
döyüşü. 1920”, “Gecə danışıqları”,
“Ədalətli”, “Şəhər
44”, “Sevgi vergisi” və digər filmləri izləyə biləcəklər.
“Landmark”da hər gün saat 19-da başlanacaq seanslarda ekran əsərləri ingilis və rus altyazıları ilə göstəriləcək. Giriş sərbəstdir.
Mədəniyyət.- 2018.- 21
noyabr.- S.8.