Nazirliyin tabeliyində Mədəniyyət
üzrə Elmi-Metodiki və
İxtisasartırma Mərkəzi yaradılıb
Azərbaycan Respublikasının Nazirlər Kabineti 16 noyabr 2018-ci il tarixdə Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yaradılması haqqında qərar qəbul edib.
Qərara əsasən, Mədəniyyət Nazirliyinin təklifi ilə nazirliyin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilərək, onların əsasında yeni qurum yaradılıb. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi işçilərinin say həddi 94 ştat vahidi müəyyən edilib.
Mədəniyyət Nazirliyinə bir ay müddətində mərkəzin Əsasnaməsini və strukturunu təsdiq etmək, qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Mədəniyyət.-
2018.- 21 noyabr.- S.2.