Gənc pianoçu
beynəlxalq müsabiqənin qalibi olub
Noyabrın 12-dən 18-dək Avstriyanın paytaxtı Vyanada keçirilən beynəlxalq müsabiqədə həmyerlimiz Abuzər Manafzadə piano üzrə 17 yaşdan yuxarı ifaçılar kateqoriyasında Qran-pri mükafatını qazanıb.
Amerika, Avropa və Asiyadan 200-dən çox musiqiçinin iştirakı ilə keçirilən müsabiqədə 36 yarımfinalçı içərisindən seçilən yeddi ifaçı finala çıxıb. A.Manafzadə beynəlxalq münsiflər heyəti tərəfindən ən yüksək qiymətə layiq görülərək müsabiqənin qalibi olub.
Abuzər Manafzadə tərəfindən
bəstələnən, balaban və simfonik orkestr üçün ilk dəfə
yazılmış konsertin premyerası iki həftə əvvəl ABŞ-ın Kaliforniya ştatının Monterey
şəhərində təqdim edilib və
musiqi tənqidçiləri tərəfindən
yüksək rəylər alıb. Sənət həyatına
pianoçu, bəstəkar və dirijor olaraq davam edən gənc musiqiçi
hazırda dünyanın məşhur musiqi
təhsili ocaqlarından olan Vyana Musiqi və Səhnə
Sənətləri Universitetində dirijorluq
təhsili alır. Eyni zamanda Lints şəhərindəki
Anton Brukner Universitetində
piano ixtisası üzrə
magistratura təhsilini
davam etdirir.
Mədəniyyət.-
2018.- 21 noyabr.- S.8.