Sənət tapıntı ilə başlayır...

 

 

Olsun ki, Azərbaycanda peşəkar sənətşünas və rəssamlardan başqa az adam Portuqaliya incəsənəti, xüsusən də müasir təsviri sənəti haqqında geniş məlumatlı ola. Dünya mədəniyyətinə inteqrasiya qarşılıqlı prosesdir. O cümlədən informasiya mübadiləsində. Odur ki, mədəni dəyərlərə yaxın oxuculara deyirik: bu barədə məlumat boşluğunu doldurmaq üçün yaxşı fürsət var. Paytaxtdakı Muzey Mərkəzində tanınmış Portuqaliya rəssamı  Karloş Motanın fərdi sərgisi nümayiş olunur.

Noyabrın 16-da sərginin açılış mərasimində çıxış edən Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Fikrət Babayev hər kəsi salamlayaraq tədbirin əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, bu sərgi Portuqaliya deyərkən hər şeydən öncə futbol haqqında düşünən azərbaycanlılar üçün Pireney yarımadasının mədəni mühiti barədə nələrisə öyrənmək imkanıdır.

Portuqaliyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Jorge Qabriel Silva da Fonseka tanınmış rəssam Karloş Motanın Bakıdakı sərgisinin açılmasına dəstək göstərdikləri üçün Mədəniyyət Nazirliyinə, Portuqaliyanın Azərbaycandakı fəxri konsulu Murad Rəhimova, sərgiyə hazırlıqda əməyi keçən Muzey Mərkəzinin əməkdaşlarına minnətdarlığını bildirdi. Qeyd etdi ki, belə sərgilər ölkələrin mədəniyyətlərinin yaxınlaşmasına, insanların bir-birini yaxından tanımasına kömək edir, ölkələrimizin əməkdaşlığına töhfə verir.    

Rəssam Karloş Mota sərginin təşkilatçılarına və qonaqlarına təşəkkür etdi, əsərlərinin  Bakıda, memarlıq nümunəsi sayıla biləcək belə bir binada sərgilənməsindən məmnun olduğunu dedi.

Sərgiyə çox maraqlı ad verilib: “Found and findings”. İngilis dilində təxminənTapılmışlar tapıntılarmənasını verən sərgidə təqdim edilən lövhələri, sözün həqiqi mənasında, tapıntı hesab etmək olar. Əvvələn, ona görə ki, rəssam standart boyalarla, standart mövzu janrlarda işləmir. O, əsərlərini təbii mineralların ovuntusundan alınan boyalarla, hətta meyvə tərəvəz şirəsi ilə çəkir. Üstəlik, onun lövhələri üçün impressionist sürrealist duyğuların, bəzən absurd düşüncənin kətan üzərində izharı xasdır. Yaxından ötəri nəzər saldıqda bir-birini xaotik əvəzləyən boya yaxması təsiri bağışlayan, bəziləri hətta geniş  sərgi salonu üçün nəhəng görünən lövhələri anlamaq üçün onları uzaqdan diqqətlə seyr etmək gərəkdir. Tamaşaçılarına xəyala dalmaq, təxəyyülünü çalışdırmaq imkanı verən bu lövhələr təkcə çağdaş dövrün təsviri sənət meyillərini anlatmır. Bu lövhələr öz interyerində daha çox minimalizmə üstünlük verən geniş məkanları bəzəmək, həm mənalandırmaq üçün nəzərdə tutulub.

Görünür, Karloş Motanın məhz interyer memarlığı üzrə təhsil alması onun yaradıcılıq istiqamətinə təsirsiz ötüşməyib. Lissabonda yaşayan tanınmış rəssamın əsərləri öz ölkəsindən başqa, İspaniya, İtaliya, Belçika, Almaniya, Hollandiya, Danimarka, Meksika, ABŞ, Kanada Braziliyada nümayiş edilir, məşhur muzey şəxsi kolleksiyalarda saxlanılır.

Onun yaradıcılığının ilk – 1993-2002-ci illər mərhələsi haqqında «Ruhun sərgüzəşti» adlı sənədli film çəkilib. Rəssam ötən il MAC Müasir İncəsənət Hərəkatının «Rəssamlıqda 30 illik karyera» mükafatına layiq görülüb.

Fürsət tapıb sərginin qonaqları ilə şəkil çəkdirən, gənc rəssamlar, sənət həvəsliləri ilə söhbət edən Karloş Mota ilə təəssüratımızı bölüşüb, ayaqüstü söhbət edirik.

 

- Cənab Mota, sizin tablolarınıza əsasən iki rəng hakimdir: qırmızı yaşıl. Bu, ilə bağlıdır: məhz bu rəngləri çox sevməyinizlə, yoxsa Portuqaliya bayrağına bəslənilən ehtiramdan?

- Əsasən Braziliyada işləyirəm. Braziliya təkcə ilham mənbəyim deyil. Mən bu ölkədə çıxan minerallardan alınan təbii rənglərdən istifadə edirəm. Odur ki, rəng seçimim məhduddur: qırmızı, yaşıl, açıq boz. Əgər bu seçim sizdə Portuqaliyanın dövlət bayrağının rəngləri ilə assosiasiya olunursa, buna yalnız sevinə bilərəm.

 

- Siz sanki insanın düşüncəsini çəkirsiniz. Portretlərinizi portretdən daha çox insan düşüncəsinin, ruhunun şəkli adlandırmaq olarÜstəlik, tablolarınızda qırmızı rəng, xüsusilə insan təsvirlərinin baş nahiyəsində boldur. Bunu necə başa düşək?

- Mənim əsas məqsədim öz işlərimlə insanlarda assosiasiya doğurmaqdır. Bu assosiasiya müharibə, azadlıq uğrunda mübarizə, çiçək gözəlliyi ilə bağlı ola bilər. Yəni hər kəs öz düşüncəsinə cavabdehdir. Mənim çəkdiklərimdə nəyi görmək, hiss etmək artıq tamaşaçının öz seçimidir.

 

- Artıq neçə gündür ki, Bakıdasınız. Bakının memarlıq üslubu, qədim müasir şəhər barədə sənətçi olaraq deyə bilərsiniz

- Bakı mənim üçün yeni bir şəhərdir. Bir neçə günlük təəssüratımı belə ifadə edə bilərəm ki, Bakı rəssamların çalışmasından ötrü çox gözəl məkandır. Memar olduğum üçün əlavə edə bilərəm ki, Bakı mənim kəşfimdir.   

* * *

Portuqaliya rəssamı Karloş Motanın Muzey Mərkəzində sərgisi noyabrın 23-dək davam edəcək.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.4.