Bu tədbir vasitəsilə Azərbaycanla əlaqələr qurmağa başlayırıq”

 

 

 

İndiyədək Azərbaycanda olmamışam. Amma bilirəm ki, Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik olan ölkədir. Odur ki, ölkənizə səfər etmək arzusundayam. Azərbaycana gedərək Qafqaz dağlarının gözəlliklərini seyr etmək istərdim.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Çinin kurort zonası olan Xaynan adasındakı Sanya şəhərinin meri A Dun deyib. O, Sanya şəhərində keçirilən 3-cü beynəlxalq mədəni sənaye sərgisi vasitəsilə Azərbaycanla əlaqələr qurmağa başladığını bildirib. “Dostluq və əməkdaşlığın inkişafı üçün şəhərimizin nümayəndə heyətinin Azərbaycana səfərini təşkil edərək, ölkənizdə müvafiq görüşlərin keçirilməsini düşünürük”, - deyə mer əlavə edib.

 

 

Mədəniyyət.- 2018.- 21 noyabr.- S.5.