“Şəki, mən səni sevirəm”
Rasim Ocaqovun 85 illiyi ilə bağlı müsabiqəyə yekun vurulub
Görkəmli
kinorejissor, kinooperator, Xalq artisti Rasim Ocaqovun 85 illik yubileyi ilə
əlaqədar olaraq Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının keçirdiyi
“Şəki, mən səni sevirəm” adlı müsabiqənin
nəticələri açıqlanıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından bildiriblər ki, “Ən yaxşı bədii film” nominasiyasında rejissor Tahir Əliyevin “Xalisin arzuları”, “Ən yaxşı sənədli film” nominasiyasında isə Zamin Məmmədovun “Şəbəkə” filmi qalib olub. Foto nominasiyasında Nigar Pirimovanın “Qədim Şəki” fotosu mükafat qazanıb.
Daha üç iştirakçı münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Mükafatlar noyabrın 24-də Şəki şəhərində Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmuş təntənəli gecədə təqdim olunacaq.
LALƏ
Mədəniyyət.-
2018.- 21 noyabr.- S.2.