Dünya şöhrətli rəssamın sənət ünvanı

 

 

Tahir Salahovun yubileyi öncəsi ev-muzeyindən reportaj

 

Qədim İçərişəhərin dar, tarix pıçıldayan küçələri ilə addımlayıram. Yolum dünya şöhrətli fırça ustası, Azərbaycanın, Rusiyanın, SSRİ-nin Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, ölkəmizin ali təltiflərinə - “Heydər Əliyev”, “İstiqlalŞöhrətordenlərinə layiq görülən Tahir Salahovun ev-muzeyinə sarıdır. Şirvanşahlar sarayından yol nişanları birbaşa məni həmin məkana aparır...

Muzeyin direktoru Səadət Mirzəyeva məni səmimi qarşılayır. Deyir ki, noyabrın 29-da Tahir Salahovun 90 illik yubileyi qeyd olunacaq. Buna görə yubiley ərəfəsində ziyarətçilərimizin sayı artıb.

Həmsöhbətim vurğulayır ki, rəssam hər zaman muzeylə əlaqə saxlayır, burada təşkil olunan tədbirlərlə maraqlanır. Bu arada sənətkarın tabloya köçürdüyü  əsərlərlə tanış oluruq. Əsərlərin hər biri müəllifinin dünyagörüşünü, xarakterini könül dünyasını əks etdirir. Onusərt üslubun rəssamıadlandırsalar da, bu sərt üslubda həyat başdan-başa sevinc,  bədbinlik təlqin edir...

 

Milli koloritli əsərlər

 

Səadət xanımdan öyrənirik ki, bu ev əvvəllər Tahir Salahova emalatxana kimi verilib rəssam burada 17 il yaşayıb. 2011-ci ildə öz təşəbbüsü ilə bu məkanı ev-muzeyi kimi dövlətə bağışlayıb həmin il ölkə başçısı ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

Bu gün muzeydə 700-dən artıq eksponat qorunur. Burada ekspozisiyanı Tahir müəllim özü qurub. Üç mərtəbədən ibarət evdə rəssama məxsus, demək olar ki, bütün əşyalar qorunur. Bu ev təkcə bir rəssamın ev-muzeyi deyil, həm zəngin tarixi mədəni irsimizin saxlanc yeridir. Müxtəlif dövrlərə aid mis qablar, qiymətli xalçalar, antik əşyalar göz oxşayır. Buradakı hər bir əşya rəssamın zövqündən xəbər verir. Vaxtilə aldığıQarabağxalçası da muzeyin qiymətli eksponatları sırasındadır. Bütün bu eksponatlar həm rəssamın milli təəssübkeşliyinin göstəricisidir. Xalçalara köçürülmüş əsərlərin eskizləri bu muzeyin maraqlı eksponatlarındadır.

Muzeyin divarlarını bəzəyən fotolar sanki sənətkarın yaradıcılıq yolunu əks etdirən sənədli filmdir. Budur, rəssamın qrafika nümunələrinin qarşısındayıq. Portretlər karandaş, flomaster kömürlə çəkilib. Qara Qarayevin portretinin eskizi, Toğrul Nərimanbəyov, Mstislav Rostropoviç, Dmitri Şostakoviç, Firudin Şuşinski başqa tanınmış sənət adamlarının portretləri.

Q.Qarayevin rəssam tərəfindən 1960-cı ildə çəkilmiş portreti Moskvadakı Tretyakov Qalereyasında saxlanılır. Bu əsərə görə rəssam SSRİ Dövlət mükafatı ilə təltif edilib. Tahir Salahov görkəmli rus bəstəkarı D.Şostakoviçin portretini musiqiçinin öz istəyi ilə ərsəyə gətirib. Burada yorğun, üzgün gözlər dramatik sarsıntıların təzahürüdür. Portretdə real şəxsiyyət obrazı ilə zəmanənin havası bir arada duyulur. Burada rəssamın anası Sona xanımın portreti diqqətimizi çəkir.

Sonra rəssamın məşhurKoroğluəsərinin fotosurəti ilə tanış oluruq. Öyrənirik ki, əsərin orijinalı Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. O da məlum olur ki, təsviri sənətimizdə Koroğlu obrazını ilk dəfə məhz Tahir Salahov yaradıb.

Muzeydə hansı tərəfə baxsan, başdan-başa milli koloritə köklənmiş əsərlərlə qarşılaşırsan. Neft, dəniz, qızmar günəş, torpaq milli sənət nümunələrimiz. Hələ uşaqlıq illərimdən mənə çox tanış olanİş növbəsindən qayıdışəsəri isə nostalji hislər aşılayır. RəssamınOdlar yurdutriptixi Bakı neft mövzusunu tamamlayan əsərdir. Xəzərin sahilindətablosunun qarşısında ayaq saxlayıram. Sənətkarın təsvir üsulu, rəng texnikası, sərrast cizgilər insanı ilk baxışdan cəlb edir. Abşeron qadınlarıəsərində nigaranlıq, intizar hissi təsvir edilib. Bu qədər orijinal əsərin bir muzeydə cəmlənməsi insanda heyranlıq yaradır.

 

Adi gül, yoxsa qol-budaq atmış ailə şəcərəsi...

 

Rəssamın natürmort peyzajları da cazibədarlığı ilə insanı özünə bağlayır. Peyzajlarda sənətkarın xarici ölkələrə səfərləri zamanı gördüyü maraqlı məkanları maraq doğurur. Bu arada böyük həcmdə təsvir edilmiş “Aloe gülüinsanı rəsm qarşısında dayanmağa vadar edir. Səadət xanım bu əsər haqqında maraqlı bilgiləri diqqətə çatdırır. Deyir ki, bu gül rəssamın anasının sağlığında bağlarında əkilir, anası rəhmətə gedəndən sonra isə solur. Bir neçə il keçəndən sonra Tahir müəllim bağa gedir görür ki, gül yenidən boy atıb. Rəssama görə, bu gül onların qol-budaq atmış ailə şəcərəsidir. Ona görə yenidən doğulan, məğlub olmayan bu gül simvolik məna daşıyır.

Ana yurdun təbiətinin təsvir olunduğu əsərlərdə, Bakı kəndlərinə dair nümunələrdə milli kolorit yüksək sənətkarlıqla ifadə edilib. Bu mənadaHövsan”, “Köhnə Ramana”, “Balaxanı”, “Nardaranda küçətablolarını misal göstərə bilərik.

Tahir Salahov xalqımıza məxsus adət-ənənələri, mərasimləri də böyük sevgi və həssaslıqla yaradıb. Qurban bayramı və Novruz adətlərini əks etdirən tablolar xüsusi əhəmiyyətə malikdir. Sənətkar bu tablolarda elə incə məqamları təqdim edir ki, tamaşaçılar hər iki bayramın əsas ritualları haqqında dolğun bilgi almış olur.

Nəhayət, “su aydınlıqdır” deyib muzeyin birinci mərtəbəsindəki quyu ilə tanış oluruq. İçərişəhərdə bir çox həyətlərdə quyular doldurulsa da, Tahir müəllim evin içindəki bu quyunu qoruyub saxlayıb. Çox dərin və bol sulu olan quyu tikilidə nəmişliyin olmaması üçün vacibdir...

 

Rəssamla bağlı mədəni marşrut

 

Tahir Salahovun rəngarəng sənət dünyasından ayrıldığım əsnada Səadət xanım bir maraqlı yeniliyi diqqətə çatdırır. Qeyd edir ki, muzey olaraqTahir SalahovAbşeron” adlı mədəni marşrut yaratmaq fikrindədirlər. Bu marşrut Tahir Salahovun Abşeron lövhələri motivində çəkdiyi məkanlara səyahəti nəzərdə tutur. Artıq bu istiqamətdə ilkin addımlar da atılıb...

Fürsətdən istifadə edib 90 illik yubileyi münasibətilə Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsini təbrik edir, ona cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 23 noyabr.- S.8.