Əməkdaşlıqla bağlı
müzakirə aparılıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İzmir Böyükşəhər Bələdiyyəsinin başqanı Əziz Kocaoğlu ilə görüşüb.
Görüşdə Günay Əfəndiyeva Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin və tarixinin öyrənilib qorunması istiqamətində apardığı işlər barədə danışıb.
Fondun türk dünyasının tarixi-mədəni irsinin mühafizəsi və təbliğ edilməsi yönündə fəaliyyət perspektivlərini yüksək qiymətləndirən Ə.Kocaoğlu bunun bütövlükdə türk dünyasının birliyinə töhfə olduğunu deyib.
Görüşdə əməkdaşlıq
çərçivəsində gələcəkdə mədəni
sahədə müxtəlif mövzularla
bağlı birgə layihələrin həyata keçirilməsinə
dair razılıq əldə olunub.
Mədəniyyət.- 2018.- 23
noyabr.- S.2.