Mədəni irsimizlə bağlı iki fayl UNESCO-nun
siyahılarına təqdim edilib
Noyabrın 26-dan dekabrın 1-dək Mavrikinin Port-Luis şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası keçiriləcək. Sessiyada müxtəlif ölkələrin qeyri-maddi mədəni irs ilə bağlı təqdim etdiyi nominasiya faylları da müzakirə olunacaq.
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha iki fayl UNESCO-nun müvafiq siyahılarına təqdim edilib.
Naxçıvan ənənəvi kollektiv “Yallı rəqsi” faylı UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına və Azərbaycan, Qazaxıstan və Türkiyənin birlikdə hazırladığı “Dədə Qorqud irsi: bu epopeya ilə bağlı mədəniyyət, xalq əfsanələri və musiqi”yə dair fayl isə Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya təqdim olunub.
Qeyd edək ki, 2018-ci ildə Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitədə
baxılması üçün Təcili
qorunmaya ehtiyacı olan
qeyri-maddi mədəni irs
siyahısına ümumilikdə 7 fayl, Qeyri-maddi mədəni irs
üzrə siyahıya isə 40 fayl təqdim
edilib.
Mədəniyyət.- 2018.- 23
noyabr.- S.2.