Musiqili teatrda “Çarəsiz sərnişinlər”

 

Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın hazırlanmasına başlanılıb. Tanınmış bolqar yazıçısı Stanislav StratiyevinAvtobuspyesi əsasında hazırlanan “Çarəsiz sərnişinlər” tamaşasının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Bu, ötən mövsümdəki “Nuri-didə Ceyhun” tamaşasından sonra M.Ələkbərzadənin Musiqili teatrda ikinci işidir.

Tamaşa alleqorik, ekssentrik, yaxud təxəyyül komediyası elementlərinin toplusu kimi nəzərdə tutulur. “Çarəsiz sərnişinlər”in süjet xətti  kimi janrı da qeyri-adidir. Tamaşa liderşpil (almancalied” – mahnı, “spiel” – pyes, oyun)  janrında səhnəyə hazırlanır.

Əsərdə hadisələr  avtobusda baş verir. Yol gedərkən yaranmış ekstremal situasiyaya düşən insanların üzü açılır, kimin kim olduğu bilinir. Sərxoş sürücünün idarə etdiyi, hara getdiyi bilinməyən avtobusdakı sərnişinlər artıq bir məqsədi güdürlər: sağ qalmaq. “Yolçuluq”, “Sərxoş gecə”, “Çıxış yolu” adı verilmiş 3 hissəli tamaşa arxetiplərin yığıncağına çevrilir.

Tamaşada bir özəllik də budur ki, teatrın orkestrində çalışan musiqiçilər orkestr çökəyində əyləşib çalmayacaqlar, onlar da tamaşanın aktyorları kimi səhnəyə çıxacaqlar.

Səhnə əsərində Xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər Əzizağa Əzizov, Ələkbər Əliyev, Şövqi Hüseynov, Əkbər Əlizadə və başqaları rol alıblar. Tamaşanın musiqi tərtibçisi və quruluşçu dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

 

Mədəniyyət.- 2018.- 23 noyabr.- S.3.