Şəkidə ustad dərsləri

 

 

Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Şəki şəhərində Bakı Xoreoqrafiya Akademiyasının mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilib. Dərsləri BXA-nın kafedra müdiri, Əməkdar artist Sənan HüseynliPrezident təqaüdçüsü Çinarə Quliyeva aparıblar.

4 №-li Uşaq musiqi məktəbinin konsert zalında reallaşan tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Şəki, Balakən, ZaqatalaQax rayonlarının uşaq incəsənət məktəbləri, mədəniyyət evləri və klublarında çalışan xoreoqrafiya üzrə mütəxəssislər və onların şagirdləri iştirak ediblər.

Regional idarənin rəisi Mirvari Zeynalova qonaqları və iştirakçıları salamlayıb.

Ustad dərslərində əvvəlcə kollektivlərin ifasında bir neçə rəqs təqdim olunub. Sonra BXA-nın müəllimləri tərəfindən xüsusi innovativ proqram üzrə məşğələlər keçirilib. Ustad dərsləri xoreoqrafiya üzrə tədrisin keyfiyyətinin, mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması və bu sahədə istedadlı yeniyetmələrin aşkar edilməsi məqsədi daşıyır.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.5.