Qara Qarayevin musiqisi Tokioda səslənib
Görkəmli Azərbaycan bəstəkarı,
alim-pedaqoq, SSRİ Xalq
artisti, Sosialist Əməyi Qəhrəmanı,
akademik Qara Qarayevin 100 illiyi haqqında Azərbaycan Prezidentinin sərəncamına
əsasən ölkəmizin
hüdudlarından kənarda
da tədbirlər təşkil olunur. Yubileyə həsr olunmuş növbəti xatirə konserti noyabrın 25-də
Yaponiyanın paytaxtı
Tokioda keçirilib.
“Dojin-Kyokay” zalında keçirilən konsertin təşkilatçısı, Yaponiyada fəaliyyət göstərən “Beynəlxalq
musiqi evi”nin
rəhbəri, pianoçu
Gülnarə Səfərova
çıxış edərək
tədbir iştirakçılarını
salamlayıb. Bildirib ki,
konsertin təşkilində
məqsəd yapon musiqisevərləri zəngin
Azərbaycan musiqisi və böyük bəstəkarımız Qara
Qarayevin əsərləri
haqqında məlumatlandırmaqdır.
Konsertin
təşkilinə göstərilən
köməyə görə
Azərbaycan-Yaponiya Dostluq
Mərkəzinə, “WorldInvestors
TV” internet televiziyasına minnətdarlığını
bildirən G.Səfərova
əlavə edib ki, XX əsrin əvvəllərində inkişafa
başlayan Azərbaycan
klassik musiqisi əsrin ortalarında artıq Avropa ölkələrinədək yayılıb.
Bu işdə dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin yetirməsi
Qara Qarayevin böyük rolu olub. Qeyd edib ki, Qara Qarayevin əsərlərinin Avropada
çox geniş tanınmasına baxmayaraq,
Yaponiyada onun yaradıcılığı haqqında
məlumatlar azdır.
Bunu nəzərə alaraq “Beynəlxalq musiqi evi” görkəmli bəstəkarın 100 illiyinə
həsr olunan xatirə konserti təşkil edib. Yapon və rus musiqiçiləri
də layihəni dəstəkləyərək konsertdə
çıxış etməyə
razılıq veriblər.
Diqqətə çatdırılıb ki, Qara Qarayevin
konsertin proqramına salınan əsərləri
Yaponiyada ilk dəfə
səslənəcək.
Konsert Qara Qarayevin rus şairi Aleksandr Puşkinin sözlərinə bəstələdiyi
və rus vokalçı Valentina Pançenkonun Gülnarə
Səfərovanın müşayiəti
ilə ifa etdiyi “Gürcüstan təpələrində” və
“Mən sizi sevirdim” romansları ilə başlayıb. Sonra yapon skripkaçı
Çie Savadanın və Gülnarə Səfərovanın ifalarında
səslənən “Skripka
və fortepiano üçün
sonata”, fleytaçı Daysuke
Azumanın ifa etdiyi prelüdlər tamaşaçıların böyük
marağına səbəb
olub. Yapon balerina Yuka Yatani
isə bəstəkarın
“Yeddi gözəl” baletindən Ayişənin
rəqsini və “Vals”ı ifa edib.
İki saata yaxın davam edən konsertdə “Beynəlxalq musiqi evi”nin şagirdləri Yuri Usuri və Himari Takakinin Qara Qarayevin uşaqlar üçün bəstələdiyi
“Düşüncə”, “Fırtına”,
“Hekayə”, “Şən
oyun” pyesləri də tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanıb.
Konsertdə, həmçinin Qara
Qarayevin müəllimi olmuş
Dmitri Şostakoviçin
və görkəmli Azərbaycan bəstəkarı və dirijoru Niyazinin əsərləri
səslənib.
Mədəniyyət.- 2018.- 29
noyabr.- S.3.