Güney Azərbaycan folkloru”ndan növbəti dastan

 

 

 

AMEA-nın Folklor İnstitutunda hazırlananGüney Azərbaycan folkloruseriyasının VII cildi işıq üzü görüb. Cildə Təbriz aşıq məktəbinə aid “Şikaridastanı daxil edilib. Kitabın tərtibçiləri institutun Güney Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Abbasova güneyli araşdırmaçı Böyükbəy Ələkbəroğludur.

Qəhrəmanlıq mövzusunda olan bu dastan islamiyyətin yayılması motivi əsasında yaranıb. Dastan keçən əsrin 60-70-ci illərindən Təbriz aşıqlarının repertuarında olub, ancaq həcmi böyük olduğundan yalnız ayrı-ayrı qolları məclislərdə söylənilib. Dastanın tam variantda ifa edilməməsi müxtəlif mətnlər arasında uyğunsuzluğa gətirib çıxarıb ki, bu da tam mətnin əldə edilməsində müəyyən çətinliklər yaradıb. Azərbaycan türkcəsinin Təbriz şivəsində söylənənŞikaridastanı Aşıq Yədullah tərəfindən öz ustadının dilindən alınaraq bugünkü variantında qorunub saxlanıb.

Şikari”də hadisələrin inkişaf nöqtəsi bir çox dastan nağıllarda motivləşən iki qardaşın (Rum şahı Daranın oğullar Ərçə Şikari) rəqabətindən başlanır.Kitabi-Dədə Qorqud”da rast gəldiyimiz motivlərqəhrəmanın öz ailəsinin ardınca düşmən üzərinə tək getməsi (Salur Qazanın Şöklü Məliklə qarşılaşması), oğlunu xilas etməsi (Salur Qazanın oğlu Uruzu dustaqlıqdan azad etməsi), qadınların ərə gedəcəkləri oğlanları döyüşdə sınamaqla seçmələri (Beyrək Banuçiçəyin ilk qarşılaşması) s. “Şikaridastanında da öz əksini tapır.

Xatırladaq ki, “Şikaridastanı söylənilərək yazıya alınıb. 55 saat ərzində dinlənilərək səsli fayllardan götürülən dastanda 18 ustadnamə, 225 qoşma 65 bayatı mətni qeyd olunub. Dastanda hadisələrarası ustadnamələr, eləcə aşığın bu ya başqa hadisəyə münasibətini ifadə edən süjetdən kənar nümunələr əsasən Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Mənsur, Xəstə Bayraməli b. aşıqların şeirlərindən götürülüb.

 

S.QALİBOĞLU

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.7.