Rusiyada yaşayan azərbaycanlı gənclərin fotomüsabiqəsi

 

 

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) “Leto AMOR-2018” yay əhvalatları fotomüsabiqəsinin qaliblərini elan edib. Müsabiqə hər il Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir.

Bu il müsabiqəyə 300-dən çox foto təqdim edilib. Qaydalara görə, iştirakçılar çəkdikləri fotoları “İnstagramsosial şəbəkəsində öz səhifələrində yerləşdirməli və onlara yay əhvalatı barədə kiçik hekayə əlavə etməli idilər.

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev mərasimdə çıxış edərək iştirakçılara təşkilatın sədri Leyla Əliyevanın salamlarını çatdırıb. Qeyd edib ki, azərbaycanlılar Rusiyanın ictimai, sosial-iqtisadi və mədəni həyatında çox fəal iştirak edirlər. O,  həmçinin azərbaycanlı gəncləri “Rusiyanın görkəmli şəxsiyyətləri” layihəsi üzrə səsvermədə fəal iştirak etməyə çağırıb. Vurğulayıb ki, SurqutNijnevatrovsk, həmçinin Novı Urenqoy aeroportlarında yekun səsvermə siyahısına məşhur azərbaycanlıların – geoloq Fərman Salmanovkeçmiş SSRİ-nin qaz sənayesi naziri Sabit Orucovun adları daxil edilib.

Sonra müsabiqənin qalibləri elan olunub. Səbinə HaşımovaEtnoqrafik rəsmlər”, Diana DadaşovaTəbiətin naxışları”, Leyla SüleymanovaAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyitariximiz, bu günümüz gələcəyimiznominasiyalarında qalib olub. Bakı bakılılar. Komfortlu şəhərKüçə fotoqrafınominasiyalarında Ülvi Novruzov Sevinc Alıyeva qalib adını qazanıb.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.8.