Vyana Ştraus Festival Orkestri paytaxtımızın qonağı olub

 

 

 

“Bu gözəl şəhərdəki möhtəşəm memarlıq abidəsində üçüncü dəfə çıxış etməkdən çox məmnunuq

Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. Konsert orkestrin yaradıcısı bədii rəhbəri Peter Qutun dirijorluğu ilə keçib.

Peter Qut bu gözəl şəhərdə - Bakıda, Zaha Hadidin layihə müəllifi olduğu möhtəşəm memarlıq abidəsində artıq üçüncü dəfə çıxış etdiklərini bundan çox məmnun olduqlarını bildirib. Vyana musiqisini çoxları sevir. Bu qədər insanın bizi dinləməyə gəlməsindən çox xoşbəxtik”, - deyə o vurğulayıb.

Vyana Ştraus Festival Orkestri 2014-cü 2016-cı illərdə Heydər Əliyev Mərkəzində çıxış edib. Orkestrin budəfəki konserti anşlaqla keçib.

Konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralıİohan Ştrausun, həmçinin digər klassiklərinata İohann Ştraus, Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus Karl Mixael Tsirerin əsərləri təqdim olunub. Peter Qut proqram boyu ifa etdikləri əsərlər onların müəllifləri barədə məlumat verib. Tamaşaçılarla canlı ünsiyyət quran dirijor maraqlı improvizasiyalar edib, izləyiciləri konsertin fəal iştirakçısına çevirib. O, həmçinin skripkada ifa edib. Orkestrin çıxışı alqışlarla qarşılanıb.

1978-ci ildən fəaliyyət göstərən orkestr Vyana musiqi ənənələrinin qoruyucusu kimi klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə dünyada nüfuz qazanıb.

Peter Qut Vyana Musiqi Akademiyasında təhsil alıb, sonra üç il Moskva Dövlət Konservatoriyasında tanınmış skripkaçı və dirijor David Oystraxın sinfində məşğul olub. Mütəmadi olaraq tanınmış simfonikkamera orkestrləri ilə qastrollara çıxır.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.8.