Təbrizdən mükafatla,
Həmədandan diplomla
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov İranın Təbriz şəhərində keçirilən “Əlif” beynəlxalq teatr festivalında “Ən yaxşı kişi” rolu nominasiyasında birinci olub.
Aktyor festivalda
“Dəlinin qeydləri”
monotamaşasında çıxış
edib. “Dəlinin qeydləri”
gələn il
fevral ayında İranda keçiriləcək
növbəti “Fəcr”
Beynəlxalq Festivalına
dəvət alıb.
* * *
Lənkəran Dövlət Dram Teatrı
isə noyabrın 20-dən
25-dək İranın Həmədan
şəhərində keçirilən
25-ci Beynəlxalq Uşaq
və Gənclər Teatr Festivalında iştirak edib.
Kollektiv festivalda şair, yazıçı Əjdər
Olun “Meşəbəyinin
dostları” musiqili nağıl-tamaşasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru
Emil Əskərov, quruluşçu
rəssamı Tərlan
Sadıqov, musiqi tərtibatçısı Fərahim
Fərəcovdur.
Festivalın bağlanış mərasimində
Lənkəran teatrının truppası diplom
və xatirə hədiyyəsi ilə
mükafatlandırılıb.
Mədəniyyət.- 2018.- 29
noyabr.- S.2.