Muzeylərdə xatirə tədbirləri
Abdulla Şaiqin mənzil-muzeyində Mikayıl Müşfiqin 110 illiyi münasibətilə noyabrın 27-də tədbir keçirilib.
Muzeyin direktoru Ülkər Talıbzadə, filologiya üzrə fəlsəfə doktoru Lütviyyə Əsgərzadə, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıblar.
54 saylı məktəbin şagirdləri Mikayıl Müşfiqin yaradıcılığı ilə bağlı bədii hissə təqdim ediblər.
* * *
Noyabrın 26-da isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə M.S.Ordubadinin xatirə muzeyində görkəmli yazıçı, dramaturq, ssenarist İmran Qasımovun 100 illik yubileyinə həsr olunan gecə keçirilib.
Tədbirdə Əməkdar incəsənət
xadimi, kinoşünas
Aydın Kazımzadə, Xalq
yazıçısı Çingiz Abdullayev, xalq artistləri Tariyel Qasımov, Natəvan Şeyxova,
Lyudmila Duxovnaya, Əməkdar
artist Şəfəq Əliyeva, teatrşünas Çingiz
Ələsgərli və başqaları İmran
Qasımov yaradıcılığı və onun
Azərbaycan ədəbiyyatına, mədəniyyətinə
verdiyi töhfələr haqqında söz açıblar. Bildirilib
ki, İmran Qasımov
nasir, dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii
irsə malikdir. Onun
ssenariləri üzrə çəkilən filmlərdə fədakar
əmək, məhəbbət parlaq şəkildə
əksini tapıb. “Onun böyük
ürəyi”, “İnsan məskən
salır” və s. filmlər bu gün də sevilərək
baxılır.
Mədəniyyət.- 2018.- 29
noyabr.- S.3.