Mədəniyyət nazirinin
müavini Rumıniyada səfərdə olub
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Rafiq Bayramov Rumıniyaya səfəri çərçivəsində bu ölkənin mədəniyyət üzrə dövlət katibi Razvan Rab ilə görüş keçirib.
Nazir müavini Rumıniya Respublikasının yaranmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı qarşı tərəfə təbriklərini çatdırıb. Dövlət katibi də 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunmasının önəmini vurğulayıb, nazir müavinini təbrik edib.
Görüşdə ikitərəfli əməkdaşlıq prioritetlərinə dair müzakirələr aparılıb, regional və beynəlxalq təşkilatlarda tərəfdaşlıq və qarşılıqlı dəstəyin vacibliyi diqqətə çatdırılıb.
Səfər çərçivəsində Rafiq Bayramov həmçinin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək komissiyanın 5-ci iclasında iştirak edib. İclasda ölkələr arasında əməkdaşlıq protokolu imzalanıb.
Azərbaycan nümayəndə heyəti Buxarest şəhərindəki Heydər
Əliyev xiyabanını ziyarət edib, ümummilli liderin büstü önünə gül
dəstələri qoyub.
Mədəniyyət.- 2018.- 29
noyabr.- S.3.