Xalq çalğı alətləri ifaçılarının müsabiqəsi

 

 

 

Azərbaycan Milli Konservatoriyasında (AMK) Xalq artisti, bəstəkar Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuşXalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi” keçirilir.

Noyabrın 26-da tədbirin açılışında çıxış edən AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi ümidvar olduğunu bildirib ki, müsabiqə milli instrumental ifaçılığa öz müsbət töhfəsini verəcək. Rektor münsiflər heyətində çox dəyərli sənətkarların olduğunu diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

Sonra püşkatma keçirilib, müsabiqəyə qatılan 57 iştirakçının çıxış sıraları müəyyən olunub.

Noyabrın 30-dək davam edəcək müsabiqə instrumental ifaçılıq (tar, kamança, qanunmilli nəfəs alətləri) üzrə 2 yaş qrupunu (16-19, 19-25) əhatə edir.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.3.