Türk dünyası gənclərini bir araya gətirəcək
layihə hazırlanır
Naxçıvanda Türk Şurası Gənc liderlərinin forumu keçirilib. Forumda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qurumun fəaliyyətindən söz açıb. O, həmçinin Naxçıvanın 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi münasibətilə keçirilən mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin təqdimatını diqqətə çatdırıb.
Günay Əfəndiyeva bildirib ki, türk dünyası gənclərini
bir araya toplamaq, onları bir-biriləri ilə daha da yaxından
tanış etmək məqsədilə quruma
üzv olan türkdilli ölkələrin gəncləri üçün düşərgə layihəsi
üzərində işlər aparılır. Fondun rəhbəri vurğulayıb ki, sahib olduğumuz
mədəniyyətin qorunması və dünyada
təbliğində gənclərdən çox
şey asılıdır.
Mədəniyyət.- 2018.- 29
noyabr.- S.3.