Şabranda dram dərnəyinə
“Xalq teatrı” adı verilib
Şabran rayon Mədəniyyət Mərkəzində
fəaliyyət göstərən
dram dərnəyinə “Xalq
teatrı” adı verilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin
Şabran rayonu üzrə nümayəndəsi
Əhməd Səmədov
açaraq rayonun tarixindən, mədəni
müxtəlifliyindən, dərnəyin
fəaliyyətindən danışıb.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin
rəisi Nazim Ağayev bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin müvafiq əmri ilə Şabran dram dərnəyinə
“Şabran Xalq teatrı” adı verilib. O, müvafiq diplomu
teatrın rəhbəri
Cabir Əmrahova təqdim edib, kollektivə təbriklərini
çatdırıb. Bildirib ki,
Şabran dram dərnəyi
regionda “Xalq teatrı” adı almış ikinci belə kollektivdir.
Sonra Şabran
Xalq teatrı tərəfindən İlyas
Əfəndiyevin əsəri
əsasında hazırlanmış
“Hökmdar və qızı” adlı tamaşa (quruluşçu
rejissor Cabir Əmrahov) nümayiş etdirilib.
Sonda çıxış
edən rayon İcra
Hakimiyyətinin başçısı Novruz
Novruzov bu əlamətdar
hadisə münasibətilə təbriklərini
çatdıraraq Xalq teatrının bir neçə üzvünə fəxri fərmanlar
təqdim edib.
Mədəniyyət.- 2018.- 29
noyabr.- S.4.