Aşıq Şəmşirin 125 illiyi münasibətilə

 

 

Biləsuvar Regional Mədəniyyət İdarəsinin və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Biləsuvardakı Heydər Əliyev Mərkəzində Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr edilmiş tədbir keçirilib.

İdarənin rəisi Elçin Hüseynov tədbiri açaraq sənətkarın 125 illiyinin qeyd edilməsi ilə bağlı ölkə başçısının müvafiq sərəncam imzaladığını deyib.

Tədbir “Dirili Qurbanisaz-söz məclisi üzvlərinin çıxışları ilə davam edib. Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin direktoru T.Abbaslı, filologiya üzrə fəlsəfə doktoru T.Şirvanlı, Azərbaycan Aşıqlar Birliyinin üzvləri M.Hüseynli, G.Kəlbəcərli, P.Laçınlı və digər saz-söz ustaları Dədə Şəmşirin yaradıcılığına həsr olunmuş şeirmusiqi çələngi təqdim ediblər.

 

Mədəniyyət.- 2018.- 29 noyabr.- S.4.