“Müşfiqli dünya”
Dekabrın 21-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Mikayıl Müşfiqə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək. Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə keçiriləcək “Müşfiqli dünya” adlı gecədə ölməz şairin həyat və yaradıcılığından söhbət açılacaq, şeirləri, sözlərinə yazılan mahnılar səslənəcək.
Mikayıl Müşfiq
qısa ömrünə baxmayaraq, əsərləri
ilə Azərbaycan ədəbiyyatında dərin iz qoyub, Azərbaycan
poeziyasında öz yolunu
yaradıb. Şair 30 illik
qısa ömrə sığışan böyük
sənət uğurları, qeyri-adi
yaradıcılığı ilə bu gün də insanları düşündürür,
heyrətləndirir və sevindirir.
Mədəniyyət.- 2018.- 29
noyabr.- S.6.