İlyas Əfəndiyev və üç Qarabağnamə”

 

Görkəmli yazıçı-dramaturqa həsr olunmuş sənədli film təqdim edildi

 

Oktyabrın 3-də görkəmli nasir, dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin (1914-1996) vəfatından 22 il ötdü. Ədibin xatirə günü ərəfəsində, oktyabrın 2-də Nizami Kino Mərkəzində “İlyas Əfəndiyev və üç Qarabağnamə” sənədli filminin təqdimat mərasimi keçirildi.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, xalq yazıçıları Anar, Elçin, Milli Məclisin deputatları, elm, mədəniyyət və ədəbiyyat xadimləri iştirak edirdi.

Tədbirdə əvvəlcə Qarabağ müharibəsində, Azərbaycanın ərazi bütövlüyü  suverenliyi uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Filmin ssenari müəllifi Vidadi Hüseynov bildirdi ki, film İlyas Əfəndiyevin 3 əsəri əsasında hazırlanıb. DramaturqunHökmdar və qızı”, “Xurşudbanu Natəvan”, “Mahnı dağlarda qaldı” pyesləri Qarabağın tarixinin müxtəlif dövrlərindən bəhs edir.

Ekran işinin ideya müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Diqqətə çatdırıldı ki, İlyas Əfəndiyev cismən aramızda olmasa da, əsərləri, səhnələşdirilən pyesləri ilə xalqımızın yaddaşında, dünənində və bu günündə yaşayır. Zaman ötdükcə oxucu və tamaşaçı ədibi daha yaxından tanıyır, onu yenidən kəşf edir.

Vurğulandı ki, Qarabağ mövzusu İlyas Əfəndiyevin yaradıcılığının ana xəttini təşkil edir. O, dünyaya göz açdığı doğma vətəninin ayrılmaz tərkib hissəsi olan Qarabağa sonsuz sevgisini əsərləri vasitəsilə bütün dünyaya çatdırıb. İlyas Əfəndiyevin əsərlərinin hər zaman aktual olduğunu vurğulayan V.Hüseynov bildirdi ki, nə qədər ki, Azərbaycan ədəbiyyatı var, onun yaratdığı bənzərsiz ədəbi nümunələr də yaşayacaq.

Sonra sənədli film nümayiş olundu.

Mərasimdə çıxış edən sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov filmlə bağlı təəssüratlarını bölüşərək görkəmli yazıçının yaradıcılığından söz açdılar. Bildirildi ki, filmdə zamanla ədibin mübarizəsi gedir ədib zamana qalib gəlir. Bu həm onu göstərir ki, ədibin əsərləri zamandan irəlidədir.

Qeyd olundu ki, Azərbaycan teatrının ən şanlı tarixi bu ekran əsərində əksini tapıb. İlyas Əfəndiyev hər zaman Azərbaycan teatrının təəssübkeşi olub, teatrın inkişafı naminə yorulmadan çalışıb. Filmdə yazıçının dolğun obrazı yaradılıb. Azərbaycan dramaturgiyasında lirik-psixoloji dram janrının əsasını qoyan İlyas Əfəndiyev neçə-neçə aktyor nəslinin yetişməsinə, tanınmasına təkan verib.

Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində belə filmlərin əhəmiyyətinə toxunan natiqlər Azərbaycan xalqının Qarabağ ağrısından yoğrulan ekran əsərinin bir daha əsl qələm adamının, yazıçının millətinə, yurduna tükənməz sevgisini göstərdiyini söylədilər.

Sonda ədibin ailəsi adından çıxış edən nəvəsi Günay Əfəndiyeva ekran əsərinin hazırlanmasında əməyi olan yaradıcı heyətə, tədbirin təşkilatçılarına iştirakçılarına təşəkkürünü bildirdi. Ekran əsəri üzərində bir neçə ay aparıldığını deyən Günay Əfəndiyeva Qarabağ mövzusunun ədibin yaradıcılığında xüsusi yer tutduğunu, filmdə Azərbaycan mədəniyyətinin parlaq şəxsiyyətlərinin fikirlərinin yer aldığını diqqətə çatdırdı.

“Bu ekran əsəri təkcə İlyas Əfəndiyevə həsr olunmayıb, eyni zamanda Qarabağın böyük simalarını bizə yenidən xatırladır. Xurşudbanu Natəvanı, Süleyman Sani Axundovu, Yusif Vəzir Çəmənzəminlini, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir Hacıbəylini, Fikrət Əmirovu, Niyazini, Xan Şuşinskini, Seyid Şuşinskini, Bülbülü, Rəşid Behbudovu digər adını çəkmədiyim görkəmli simaları yad edirik. Onların hər biri Qarabağın simvollarıdır. Arzu edirəm ki, Şuşada, Cıdır düzündə Üzeyir HacıbəylininKoroğluoperasından uvertüra səslənsin, Natəvanın şeirləri oxunsun”, - deyə Günay Əfəndiyeva vurğuladı.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.2.