Festival çərçivəsində
akademik mühazirə
Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramına əsasən, sentyabrın 29-da Bakı Kitab Mərkəzində akademik Rafael Hüseynovun mühazirəsi dinlənilib.
“Yaxın və Orta Şərq şeirində bənzətmə ənənəsi: bənzətmədə bənzərsizlik” mövzusunda mühazirədə alim Nəsimi irsinin təsir dairəsindən söz açıb. O, tarixə nəzər salaraq sovet dövründə Nəsiminin 600 illik yubileyi ərəfəsində görülən işlərdən danışıb. Azərbaycan ədəbiyyatşünaslarının tədqiqatlarını qeyd edən mühazirəçi şairin sözlərinə mahnılar bəstələndiyini də xatırladıb. Vurğulayıb ki, Nəsimini sadə Azərbaycan insanına rejissor Həsən Seyidbəylinin “Nəsimi” bədii filmi (1973) tanıdıb.
Mühazirəçi diqqətə
çatdırıb ki, Nəsimi insan düşüncələrinə çox dərindən vaqif
olub və özündən sonrakı ədəbiyyata
böyük təsir göstərib. Ondan sonra da
Azərbaycan dilində yazanlar olub, lakin onlarda
Nəsiminin dili qədər melodiklik, ifadə plastikası olmayıb. Nəsimidən
sonra ədəbiyyatımızın və
dilimizin özünəqayıdışı
başlanıb, poetik lüğətlər
yaranıb. Nəsimi anadilli ədəbiyyatı
zirvəyə yüksəldib.
Mədəniyyət.- 2018.- 5 oktyabr.-
S.4.