Ölkəmiz Frankfurt kitab yarmarkasında təmsil olunacaq

 

 

10-14 oktyabr tarixində Almaniyanın Frankfurt şəhərində keçiriləcək Beynəlxalq kitab yarmarkasında ölkəmiz təmsil olunacaq. Bu il 70-ci dəfə təşkil olunan tədbirə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nazirliyin bir sıra yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti qatılacaq.

Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt kitab yarmarkası nüfuzu, iştirakçı ziyarətçi sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından xüsusi yer tutur. Hər il bu sərgiyə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar gəlir. Nəşriyyat informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin sürətli inkişafının eyni zamanda Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından sərgi mühüm əhəmiyyət daşıyır.

Sərgi meydançasında 56 kvadratmetr sahəni əhatə edən, Qız qalası və Qala divarları dizaynı ilə hazırlanmış stendimizdə Azərbaycan kitab sənəti nümunələri –   ölkəmizin tariximüasir inkişafı, mədəni irsi, ədəbiyyatı ilə bağlı nəşrlər, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar ziyarətçilərin diqqətinə təqdim ediləcək.

Həmçinin Mədəniyyət Nazirliyi, ölkəmizin Almaniyadakı səfirliyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun birgə təşkilatçılığı ilə yarmarka müddətində bir sıra tədbirlər keçiriləcək.

10 oktyabrda milli pavilyonda Azərbaycan Prezidentinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir çərçivəsində Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Almaniyada alman dilində şərhlərlə çap olunanQara Qarayev. Seçilmiş fortepiano əsərləri” kitabının və həmçinin Milli Kitabxananın Azərbaycan, ingilisrus dillərində hazırladığı “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabının təqdimatı nəzərdə tutulur.

Oktyabrın 11-də stendimizdə almaniyalı publisist, tərcüməçi Hayke Maria Yohenningin müəllifi olduğu “Bakının arxitektura bələdçisi: xalçaya bənzər şəhər” (“Architecture guide to Baku: a city like a carpet”) kitabının təqdimat mərasimi planlaşdırılır.

12 oktyabrda milli pavilyonda azərbaycanlı və alman tələbələrin iştirakı ilə “Azərbaycan mədəni irsionun dünyaya tanıdılması” mövzusunda müzakirə aparılacaq.

 

 

Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.5.