Əməkdar jurnalistin 65 illiyi qeyd olunub
Oktyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan
Mətbuat Şurasının
təşkilatçılığı ilə Əməkdar jurnalist Flora Xəlilzadənin
65 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı Əflatun Amaşov çıxış
edərək Flora Xəlilzadənin
zəngin jurnalistlik fəaliyyətindən söz
açıb.
Milli Televiziya
və Radio Şurasının
sədr müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, Flora Xəlilzadə jurnalistikada öz dəst-xəttini yaradıb. Gənc jurnalistlər
belə insanlardan nümunə götürməlidir.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli yubilyarın Azərbaycan jurnalistikasının inkişafında
gördüyü işlərdən
bəhs edib.
Bakı Dövlət Universiteti Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi
kafedrasının müdiri
Cahangir Məmmədli
Flora Xəlilzadənin hələ
tələbəlik illərindən
bilikli, istedadlı bir insan olduğunu
deyib.
Daha sonra Mədəniyyət Nazirliyinin
İnformasiya və ictimaiyyətlə əlaqələr
şöbəsinin baş
məsləhətçisi Türkan Cəfərova nazir Əbülfəs Qarayevin Flora Xəlilzadəyə
ünvanladığı təbrik
məktubunu oxuyub.
Tədbirdə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Məlahət İbrahimqızı və
digər çıxış
edənlər yubilyarla
bağlı fikirlərini
bölüşüblər.
Sonda yubilyar
çıxış edərək tədbirin təşkilinə,
fəaliyyətinə verilən qiymətə görə minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.7.