Ölkəmiz beynəlxalq sənətkarlıq festivalında təmsil olunub

 

 

 

Gürcüstanın Axaltsixe qalası ərazisində Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman NazirliyiUSAİD-in Gürcüstandakı nümayəndəliyinin təşkilatçılığı ilə Beynəlxalq ənənəvi sənətkarlıq festivalı keçirilib. Tədbirdə ölkəmizi “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, professor Röya Tağıyeva, bədii tikmə, hörmə ustası Şəhla Əsgərova və rəngkar, ağac, keramika üzərində bədii işləmə üzrə ixtisaslaşmış rəssam Leyla Əliyeva təmsil ediblər.

Türkiyə, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Azərbaycan və Latviyadan olan sənətkarların əl işləri – keçə, xalça, milli geyim, ipək, keramikas. nümunələr yerli əhali ilə yanaşı, xarici turistlərin də diqqətini cəlb edib. Festivalın məqsədi sənətkarların əl işlərinin təbliği və satışına kömək göstərməkdir.

 

S.QALİBOĞLU

 

Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.8.