“Mirvari
ulduz”dan “Arzular”adək
Monteneqronun Podqoritsa şəhərində
keçirilmiş “Oda
to Life” incəsənət festivalında
ölkəmizi Əməkdar
rəssam Mehriban Əfəndi təmsil edib. Rəssam özünün
5 əsəri (“Mirvari
ulduz”, “İmpressiya”,
“Buta”, “Sülhə aparan yol” və
“Arzular”) ilə bu tədbirə qoşulub.
Ənənəvi festivala 20-dən çox ölkədən sənət
adamları qatılıb. İncəsənətin müxtəlif sahələrini
təmsil edən çoxsaylı qonaqlar festivalı xalqları birləşdirən bayrama
çeviriblər.
Qeyd edək ki,
Mehriban Əfəndinin “Mirvari
ulduz” əsərinin orijinalı geniş tamaşaçı kütləsinə
ilk dəfə məhz bu
festivalda təqdim edilib.
Əsər ilk dəfə 2012-ci ildə
Brodveydə “Art Takes times Squire” təşkilatı
tərəfindən nümayiş etdirilib.
Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.8.