“Ağ
və qara” Moskvaya festivala gedir
Moskvanın S.V.Obraztsov adına
teatrı 88-ci mövsümü mühüm
hadisə ilə açmağa hazırlaşır.
Oktyabrın 5-dən 14-dək burada IX Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.
V.Obraztsov
adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının direktoru İrina Korçevnikovanın sözlərinə
görə, bu dəfə festival “Müstəqil
Dövlətlər Birliyi
Mədəniyyət ili”nə
həsr olunur.
Festivalda
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi “Ağ və qara” tamaşası ilə çıxış
edəcək. Tamaşanın rejissoru Kamran Şahmərdan, rəssamı
Rusiyanın “Qızıl
Maska” milli mükafatının qalibi
Tatyana Melnikovadır. Tamaşalar
V.Obraztsov adına
Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının Kamera, Böyük və Kiçik səhnələrində göstəriləcək.
“Ağ və
qara” tamaşası oktyabrın 7-də teatrın
Böyük zalında
nümayiş olunacaq.
Festivalda eyni zamanda 7 ölkədən 17 teatr kollektivinin iştirakı gözlənilir. Festival çərçivəsində
dəyirmi masalar və ustad dərsləri
də keçiriləcək.
Mehparə SULTANOVA
Moskva
Mədəniyyət.- 2018.- 5 oktyabr.- S.8.