Oxu, tar” mükafatının təqdimatı keçirildi

 

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin (MEMM) dəstəyi, “Könüllülər” Kitabxana İctimai Birliyi, Cabir Novruz Mədəniyyət Fondu, Yasamal rayonu M.Müşfiq adına 18 nömrəli orta məktəbin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Nəriman Həsənzadə və digər çıxış edənlər Mikayıl Müşfiqin ədəbiyyat tariximizdə xidmətlərindən danışıblar. Vurğulanıb ki, şair yaradıcılığında şifahi xalqklassik ədəbiyyatımızdan bəhrələnib.

Sonra Cabir Novruz Mədəniyyət Fondu tərəfindən təsis olunmuşOxu, tarMüşfiq mükafatının laureatları elan olunub.  Müşfiq irsini yaşatdıqlarına və təbliğ etdiklərinə görə Xalq artisti Zeynəb Xanlarova, şair Ofeliya Babayeva, ədəbiyyatşünas alim Firudin Qurbansoy, Əməkdar jurnalist Qafar Əsgərzadə, MEMM-in əməkdaşı Sənan Talıbov mükafata layiq görülüblər.

Tədbir konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2018.- 10 oktybar.- S.3.