Multikulturalizm cəmiyyətdə sabitliyin təminatı kimi

 

 

 

Oktyabrın 8-də Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (MEMM) AMEA Fəlsəfə İnstitutunun iştirakı ilə Gəncə Dövlət UniversitetindəMultikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimiadlı dəyirmi masa keçirilib.

Tədbiri universitetin prorektoru Pərvin Kərimzadə açaraq bu cür tədbirlərin  əhəmiyyətindən danışıb.

MEMM-in direktoru Asif Usubəliyev qurumun fəaliyyətindən, multikulturalizmə aid tədbirlərdən bəhs edib.

Mərkəzin şöbə müdiri Nurəddin Babayev multikulturalizm siyasətinin əhəmiyyətindən, ənənələrindən bəhs edib.

AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi Şölət ZeynalovunMultikulturalizm - sülh həmrəyliyin paradiqmasıdıradlı məruzəsi dinlənilib.

Dəyirmi masada Gəncə Dövlət Universitetinin dosenti Asim Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları Cahangir Cahangirli, Üzeyir Babakişiyev başqaları çıxış ediblər.

MEMM-in elmi katibi Cavid Əliyev Bakıda ənənəvi olaraq təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Mədəniyyət Nazirliyi tərəfindən keçirilən milli azlıqların folklor festivalı barədə söhbət açıb.

Tədbir çərçivəsində Azərbaycanın multikulturalizm ənənələrinə həsr olunmuş rəsm sərgisi klassik musiqi konserti təşkil olunub.

Sonda Gəncə Dövlət Universiteti MEMM tərəfindən fəxri diplomla təltif olunub.

 

Mədəniyyət.- 2018.- 10 oktybar.- S.3.