İstanbulda azərbaycanlı rəssamın xatirə lövhəsi

 

 

Ölkəmizin İstanbuldakı baş konsulluğunun təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki nümayəndəliyinin himayədarlığı ilə İstanbul şəhərinin Bəyoğlu rayonunda (ilçə) yerləşən turistlərin daha çox ziyarət etdiyiİstiqlal” prospektindəki binanın üzərinə tanınmış azərbaycanlı rəssam İbrahim Safinin xatirə lövhəsi vurulub.

İbrahim Safi 1898-ci ildə Azərbaycanın Naxçıvan bölgəsində, indiki Şərur rayonunda anadan olub. Birinci Dünya müharibəsindən sonra Türkiyəyə köçüb, İstanbul Gözəl Sənətlər Akademiyasında təhsil alıb. Mənzərə, natürmortportret üslubunda rəsmlərini ərsəyə gətirən İbrahim Safi 1920-ci ildə Türkiyədə keçirilən Avropa rəssamları müsabiqəsinin mükafatına layiq görülüb. İbrahim Safinin fərdi sərgiləri Türkiyə ilə yanaşı ABŞ, Fransa, İsveçrə və Avstriyada da təşkil olunub. İstanbulun Bəyoğlu səmtində yaşayan məşhur rəssam 1983-cü ildə dünyasını dəyişib. İbrahim Safinin xatirəsi Türkiyədə ehtiramla yad edilir, xüsusilə incəsənət xadimləri tərəfindən rəğbətlə anılır.

Xatirə lövhəsində Azərbaycan və Türkiyə dövlət bayraqları da həkk olunub. Eyni zamanda,xatirə lövhəsinin yanında, Bəyoğlu Bələdiyyəsinin “ağıllı şəhər” konseptinin tərkib hissəsi olan QR Kod (Quick Response Code) lövhəsinin quraşdırılması barədə ilkin razılıq əldə olunub. QR Kod lövhəsinin mahiyyəti istənilən məlumatın insanlar tərəfindən “smart” telefonlarından istifadə etməklə əldə olunmasından ibarətdir. QR Kod vasitəsilə İbrahim Safi haqqında elektron məlumat yerləşdirilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, 250 minə yaxın əhalisi olan Bəyoğlu rayonunda 20-dən çox konsulluqçox sayda mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2018.- 10 oktyabr.- S.6.