Biçmə-tikmə dərnəkləri müsabiqəsinin ilk mərhələsi yekunlaşıb

 

 

 

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən keçirilən mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların biçmə-tikmə dərnəkləri üzrə müsabiqəsinin I mərhələsi (1-10 oktyabr) başa çatıb.

On gün ərzində M.Əliyev adına Hövsan qəsəbə, Səttar Bəhlulzadə adına Əmircan qəsəbə, Kürdəxanı qəsəbə, H.Abbasov adına Maştağa qəsəbə, Binə qəsəbə, eləcə də Ş.Ələkbərova adına, A.M.Şərifzadə adına mədəniyyət evlərində, Mərdəkan Mədəniyyət sarayında, Binəqədi Mərkəzi Mədəniyyət evində keçirilmiş baxışda dərnək və müəssisə rəhbərləri iştirak ediblər.

Mərhələlər üzrə qaliblərin adı müsabiqənin Nizami Kino Mərkəzində keçiriləcək yekun tədbirində elan olunacaq.

 

Mədəniyyət.- 2018.- 12 oktyabr.- S.2.