“Bağdadda bir gün”
Oktyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün ilk premyerası – “Bağdadda bir gün” ikihissəli musiqili komediya nümayiş olunacaq.
Tamaşa görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında hazırlanıb. Teatrın rus bölməsində ərsəyə gələn səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
Səhnə əsərini “böyüklər üçün nağıl” da adlandırmaq olar. Şərq motivləri ilə yanaşı, milli koloritlərin də geniş təcəssüm olunduğu bu tamaşada hadisələr Bağdad xəlifəsi Harun ər-Rəşidin dövründə baş versə də, müasir zamanla səsləşir.
Rolları əməkdar artistlər
Boris Qrafkin, Anton Ferştdant , Svetlana Bulax və başqaları
oynayır.
Tamaşanın quruluşçu
dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev,
səhnə tərtibatçısı Əməkdar rəssam
Nabat Səmədova, quruluşçu
baletmeysterləri əməkdar artistlər Zakir
Ağayev və Yelena
Ağayevadır.
Mədəniyyət.- 2018.- 12
oktyabr.- S.2.