Dekorativ sənət və interyer

 

 

Bakıda beynəlxalq konfrans keçirilir

 

Oktyabrın 10-da Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (İCOM) iki komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (İCDAD) və Tarixi ev-muzeyləri üzrə (DEMHİST) beynəlxalq komitələrinin iştirakı ilə “Dekorativ sənət və interyer” adlı konfrans işə başlayıb.

Konfrans Azərbaycanın Mədəniyyət Nazirliyi, İCOM Azərbaycan Milli Komitəsi və Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bülbülün memorial muzeyi və “Az-Granata” şirkətinin dəstəyi ilə keçirilir.

 Qeyd edək ki, “Dekorativ sənət və interyer” adlı konfransa Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan və Türkiyə olmaqla, 14 ölkədən nümayəndələr qatılıb.

Tədbirdə iştirak etmək üçün Bakıya gələn İCOM-un prezidenti Suay Aksoy oktyabrın 9-da mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb.

Görüş zamanı son dövrdə İCOM Azərbaycan Milli Komitəsi tərəfindən ölkə, regional və beynəlxalq səviyyədə konfransların, seminarların təşkili barədə müzakirə aparılıb. Konfransın əhəmiyyəti, tədbirin ev-muzeylərinin yeni metodları, yeni yanaşmalar ilə tanış olmasına, xarici muzey işçiləri ilə sıx əlaqələr qurmasına imkan yaradacağı vurğulanıb. Azərbaycanda fəaliyyət göstərən görkəmli şairlərin, yazıçıların, rəssamların, bəstəkarların ev-muzeyləri barədə məlumat verilib.

İCOM-un Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları üzrə komitəsinin fəaliyyətinin tekstilxalça sənəti ilə sıx bağlığı, bu üzdən həmişə diqqət mərkəzində olduğu bildirilib. Eyni zamanda respublikada fəaliyyət göstərən muzeylərin assosiasiyalar qismində İCOM-a daxil edilməsi və muzeylərarası əməkdaşlığın daha geniş şəkildə aparılmasından söhbət açılıb.

Suay Aksoy Beynəlxalq Muzeylər Şurasında yeni yaradılacaq komitələrə Azərbaycanın muzey mütəxəssislərinin cəlb olunmasını vacib hesab etdiyini vurğulayıb.

* * *

Azərbaycan Xalça Muzeyində keçirilən konfransın açılışında çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva iştirakçılara uğurlar arzulayıb. Nazir müavini ölkəmizdə muzey işinin təşkili istiqamətində görülən işlərdən danışaraq bildirib ki, son illərdə Prezident İlham Əliyev bu sahə ilə bağlı 15-dən çox sərəncam imzalayıb. “Ölkəmizdə 250-dən çox muzey fəaliyyət göstərir, yeni muzeylər açılır, mövcud muzeylərdə təmir, bədii tərtibat işləri aparılır, ekspozisiyalar yenilənir. Bu konfrans ev-muzeylərimizin metodları, yeni yanaşmalarla tanış olmasına və xarici muzey işçiləri ilə sıx əlaqələr qurmasına imkan yaradacaq. Əminəm ki, konfransda müzakirələr, dolğun təhlillər aparılacaq, faydalı əməkdaşlığımızın bundan sonrakı illərdə də təmin olunması üçün yeni layihələr hazırlanacaq və səmərəli təkliflər irəli sürüləcək”, - deyə S.Məmmədəliyeva qeyd edib.

İCOM Azərbaycan Milli Komitəsinin sədri, Xalça Muzeyinin direktoru Şirin Məlikova komitənin fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, İCOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat olaraq Azərbaycan muzeylərini, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və İCOM təşkilatının üzvü olan şəxsləri birləşdirir. Müasir dövrdə muzeylərin cəmiyyətdə oynadığı roldan danışaraq Xalça Muzeyinin fəaliyyətinə diqqət çəkən direktor bu mədəniyyət ocağının tarixindən, fəaliyyətindən, həyata keçirilən layihələrdən söz açıb.

İCOM-un prezidenti Suay Aksoy bildirib ki, Qafqaz regionu həm coğrafiyası, həm də mədəniyyəti və incəsənəti ilə çox zəngindir: “İCOM-un işi güclü bir mənəvi məqsədə xidmət edir. Müxtəlif insanlar və millətlər arasında bu əlaqələri yaratmaqsaxlamaqdan ibarətdir. Muzeylər qlobal dünya irsinin qorunmasında əvəzsiz yerdir. Dünyada ətraf mühit, mədəni, iqtisadisosial dayanıqlılıq baxımdan muzeylər mühüm rol oynayır. Muzeylər həm də keçmişi başa düşməkdə bizə yardımçı olur”.

Tədbirdə İCDAD-ın prezidenti Helena Koenigsmarkova, DEMHİST-in prezidenti Elsa Rodrigues və digər çıxış edənlər konfransın əhəmiyyətini, muzey işinin təşkilində, qarşılıqlı fikir mübadiləsi aparılması baxımından mühüm rol oynayacağını qeyd ediblər.

Konfrans məruzələrin dinlənilməsi ilə davam edib.

Tədbirdə, həmçinin UNESCO-nun dəstəyi ilə üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2016-2017-ci illər üzrə iştirak proqramı çərçivəsində nəşr edilən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın müəllifi olduğu “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bədii tikmələr” adlı kitabın təqdimatı da keçirilib.

* * *

Konfrans növbəti günündə sessiyalarla davam edib. Azərbaycanın muzey mütəxəssisləri dünyanın müxtəlif ölkələrindən gələn sənətşünasların məruzələri maraq doğurub.

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin baş mütəxəssisi, tarix elmləri namizədi Elnur HəsənovGəncə xalçalarının tipik bəzək xüsusiyyətləri haqqında”, Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini, sənətşünaslıq doktoru Xədicə ƏsədovaXalçadaxili soul”, Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla HeydərovaM.Rostropoviçə həsr edilmiş xalçada keçmiş müasirliyin birliyi”, şəhər memarlığı daxili dizayn üzrə mütəxəssis Ayman KasseminEvlərin “White kublar”ı obyektlərin performansımövzusunda məruzələri dinlənilib.

Sonda mədəni proqram çərçivəsində qonaqların Bülbülün, Nəriman Nərimanovun, Qara Qarayevin ev-muzeyinə ziyarətləri təşkil edilib.

 

Mədəniyyət.- 2018.- 12 oktyabr.- S.3.