“Aşıq şeirinin
poetik biçimləri və
çeşidləri”
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” kitabının müəllifləri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və professor Mahmud Allahmanlıdır.
Azərbaycan Aşıqlar Birliyinin
nəşri olan kitabda
aşıq şeirinin janr
və poetik biçimləri, onların
çoxsaylı çeşidləri həm ədəbi-nəzəri,
həm də folklor poetikasının
prinsipləri əsasında
açıqlanır. Aşıq şeiri sistemində rast gəlinən
poetik biçimlərin (bayatı, gəraylı,
qoşma, təcnis, müxəmməs, divani və s.) ilkin qaynaqları, onların tarixi
mənzərəsi, janr səciyyəsi, ifa tərzi, hansı hava
üzərində oxunması məqamları və s. məsələlər kitabda
konkret nümunələr əsasında
əksini tapıb.
Mədəniyyət.- 2018.- 12
oktyabr.- S.6.