Bakıda Avropa film festivalı
17 ölkədən 19 ekran
əsəri nümayiş olunacaq
Oktyabrın 10-da Bakıda, “Park Cinema”da 9-cu
Avropa film festivalı başlayıb.
Festival Avropa İttifaqının
(Aİ) Azərbaycandakı nümayəndəliyi, Aİ-yə
üzv dövlətlərin,
həmçinin Norveçin
ölkəmizdəki səfirlikləri
tərəfindən təşkil
olunub.
Aİ-nin ölkəmizdəki
nümayəndəliyinin rəhbəri
Kestutis Yankauskas ənənəvi layihənin
Avropa ilə Azərbaycan arasında mədəni əlaqələrə
töhfə olduğunu
vurğulayıb.
Diplomat qeyd edib ki,
oktyabrın 21-dək davam
edəcək budəfəki
festival çərçivəsində 17
ölkədən – Belçika,
Bolqarıstan, Çex
Respublikası, Xorvatiya,
Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç,
Birləşmiş Krallıq,
Norveç və Azərbaycandan 19 film nümayiş
olunacaq.
Ötən illərdə olduğu
kimi, yenə də festival iştirakçıları
Avropa kino industriyasının yenilikləri
ilə tanış
olacaq, tanınmış
rejissorlarla müzakirələrdə
iştirak etmək imkanı qazanacaqlar. Festivalın qonaqları sırasında
hollandiyalı rejissorlar
Mark Verkerk və İqnas van Şaik, Bolqarıstandan ssenarist Teo Çepilov və litvalı rejissor Arunas Matelis yer alıb.
Macarıstanın Azərbaycandakı səfiri
Viktor Szederkenyi ölkəsinin
festival çərçivəsində nümayiş olunacaq filmləri barədə məlumat verib. Xüsusilə “Kimcem” filmi barədə
ətraflı bəhs
edən səfir qeyd edib ki,
ekran əsəri Macarıstanda baş vermiş inqilabi hadisələri əks etdirir. Film iki
dəfə ingilis dilində (Azərbaycan dilində subtitrlər vasitəsilə) nümayiş
etdiriləcək.
Qeyd edək ki,
festivalın açılış günündə
hollandiyalı rejissorların “Vəhşi Amsterdam”
sənədli filmi göstərilib. Seanslara giriş sərbəstdir.
Mədəniyyət.- 2018.- 12
oktyabr.- S.8.