Ölkəmiz Frankfurt kitab yarmarkasında təmsil olunur
Stendimizdə Xalq Cümhuriyyətinin
və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 10-da Almaniyanın Frankfurt-Mayn şəhərində 70-ci Frankfurt kitab yarmarkası işə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə
mədəniyyət nazirinin
birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nazirliyin və bir sıra yerli
nəşriyyatların əməkdaşlarından
ibarət nümayəndə
heyəti iştirak edir.
Ölkəmizin stendində Azərbaycanın
dövlətçiliyi, tarixi,
mədəniyyəti ilə
bağlı 490 adda
700-ə yaxın nəşr
məhsulları alman,
ingilis və Azərbaycan dillərində
ziyarətçilərə təqdim olunur.
Sərginin açılış günündə Mədəniyyət
Nazirliyi, ölkəmizin
Almaniyadakı səfirliyi,
Avropa Mədəniyyətlərarası
Əməkdaşlıq Forumu
və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı
ilə Xalq Cümhuriyyətinin yaranmasının
və görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə
həsr edilmiş tədbir keçirilib. Tədbirdə Türkiyənin
mədəniyyət və
turizm nazirinin müavini Haluk Dursun, türkiyəli tanınmış tarixçi
İlber Ortaylı, Azərbaycanın Almaniyanın
Baden-Vüttenberq əyalətindəki
fəxri konsulu Otto Hauser, “Bellmann”
musiqi nəşriyyatının
rəhbəri Michael Bellmann,
digər qonaqlar iştirak ediblər.
Bəstəkarın yubileyi münasibətilə
çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” və
“Qara Qarayev. Həyat və yaradıcılığı
haqqında qısa oçerk” kitabları qonaqlara təqdim olunub.
Tədbirdə çıxış edən mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev müsəlman Şərqində ilk demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən,
100 illik yubileyin əhəmiyyətindən danışıb,
bununla əlaqədar ölkə başçısının
sərəncam imzaladığını,
2018-ci ilin Azərbaycanda
“Cümhuriyyət ili”
elan edildiyini, il ərzində ölkəmizdə və xaricdə çoxsaylı
tədbirlərin keçirildiyini
diqqətə çatdırıb.
Vaqif Əliyev, həmçinin
Azərbaycan Prezidentinin
müvafiq sərəncamına
əsasən Qara Qarayevin 100 illiyinin qeyd edildiyini vurğulayıb, böyük
bəstəkarın bənzərsiz
sənət dünyasından
söhbət açıb.
Yubiley münasibətilə Avropa
Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun
təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin
dəstəyi ilə Almaniyada çap olunan “Qara Qarayev.
Seçilmiş fortepiano əsərləri” adlı kitab və həmçinin Azərbaycan Milli Kitabxanasının Azərbaycan,
ingilis və rus dillərində hazırladığı oçerk
kitabının dahi bəstəkarın irsinin
öyrənilməsi və
dünyada təbliği
işinə töhfə
verəcəyi bildirilib.
Ölkəmizin Almaniyadakı səfiri
Ramin Həsənov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Qara Qarayevin 100 illiyi ilə bağlı keçirilən
bu kimi tədbirlərin
əhəmiyyətindən bəhs edib.
Avropa Əməkdaşlıq
Forumunun sədri Samirə Patzer-İsmayılova
Mədəniyyət Nazirliyinin
dəstəyi ilə çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” kitabının
ərsəyə gəlməsindən
danışıb, Azərbaycan
mədəni irsinin Avropa ölkələrində
təbliğində kitabın
nəşrinin önəmli
addım olduğunu qeyd edib.
Tədbirin sonunda Türkiyə mədəniyyət və
turizm nazirinin müavini Haluk Dursun Azərbaycanın mədəniyyət nazirinin
birinci müavini Vaqif Əliyevə hədiyyə nəşrləri
təqdim edib.
Təqdimatda Milli Kitabxana tərəfindən nəşr
edilmiş “Qara Qarayev. Həyat və yaradıcılığı
haqqında qısa oçerk” kitabı və kitabxananın hazırladığı dahi
bəstəkarın bütün
əsərlərini əhatə
edən 5 disk tədbir
iştirakçılarına paylanılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinə həsr
olunmuş dəyirmi masada müzakirələrlə
davam etdirilən mərasimdə Almaniyada yaşayan, Alman-Azərbaycan
ədəbiyyatını təbliğ
edən naşir, yazar və ədəbiyyatşünasların
çıxışları dinlənilib.
Qeyd edək ki, oktyabrın
11-də yarmarkadakı stendimizdə
almaniyalı publisist, tərcüməçi Hayke
Maria Yohenningin müəllifi
olduğu “Bakının
arxitektura bələdçisi:
xalçaya bənzər
şəhər” (“Architecture guide to Baku: a
city like a carpet”) kitabının təqdimat mərasimi olub. 12 oktyabrda
milli pavilyonda azərbaycanlı və alman tələbələrin
iştirakı ilə
“Azərbaycan mədəni
irsi və onun dünyaya tanıdılması” mövzusunda
müzakirə nəzərdə
tutulub.
Frankfurt kitab yarmarkası
oktyabrın 14-dək davam
edəcək.
Mədəniyyət.- 2018.- 12
oktyabr.- S.4.