Xalq mahnıları festivalı çərçivəsində konsertlər

 

 

 

Oktyabrın 8-dən 12-dək Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyət” kanalının birgə layihəsi olaraq, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan Azərbaycan xalq mahnıları festivalı çərçivəsində konsertlər keçirilib.

Oktyabrın 10-da Azərbaycan Milli Konservatoriyasında (AMK) layihə üzrə növbəti konsert təqdim edilib.

Konservatoriyadan bildirilib ki, tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, “Mədəniyyət” telekanalının direktoru, Əməkdar artist Ramil Qasımov Azərbaycan xalq mahnılarının təbliği istiqamətində aparılan tədbirlərin əhəmiyyətindən bəhs ediblər.

Maraqla qarşılanan konsertdə AMK-nın tələbələri xalq mahnılarını ifa ediblər.

Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə isə Xalq artisti Adil Bağırovun bədii rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı və Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə “Dədə Qorqudfolklor ansamblı çıxış edib.

 

Mədəniyyət.- 2018.- 12 oktyabr.- S.4.