Mədəniyyət təsisatlarına xüsusi statuslar hansı hallarda verilir?

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 382 nömrəli qərarı ilə təsdiq edilmişMədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”ndan çıxarış

Dövlət mədəniyyət müəssisələrinə tarixi mədəni roluna, yaradıcılıq fəaliyyətinin əhəmiyyətinə, fondlarının zənginliyinə, nadirliyinə, milli dəyərlərin qorunması təbliği sahəsində nailiyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən milli, akademik respublika əhəmiyyətini təsdiq edən status verilir.

 

Milli” status aşağıdakı meyarlar nəzərə alınmaqla verilir:

1. kitabxanalar üzrə:

1.1. oxucularının ortaillik sayı minimum 70 min nəfər, kitab fondu minimum 4 milyon nüsxə, kitab verilişi minimum 2,5 milyon nüsxə olan;

1.2. fondlarında nadir kitabların, habelə qiymətli nəşrlərin (xüsusi kolleksiyaların) sayı 1000-dən az olmayan;

1.3. Azərbaycan milli mədəniyyətini tarixi irsini özündə əks etdirən sənəd nümunələrinin qorunması, zənginləşdirilməsi inkişafında xidmətlər göstərən;

1.4. milli mədəni dəyərləri qoruyub saxlayan təbliğ edən;

1.5. asudə vaxtın səmərəli təşkilində insanların ictimai mövqeyinin formalaşmasında iştirak edən;

1.6. dünyanın aparıcı kitabxanaları ilə əməkdaşlıq edən, beynəlxalq tədbirlərdə Beynəlxalq Kitabxanalararası Abonementdə iştirak edən;

 

2. muzeylər, qoruqlar, qalereyalar üzrə:

2.1. fondunda Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına mədəni sərvətlərin mühafizə siyahısına salınan dünya ölkə əhəmiyyətli 8000-dən çox mədəni sərvət olan;

2.2. eksponatların elmi-tədqiqi elmi təqdimatını keçirən;

2.3. eksponatların konservasiyası, bərpası mühafizəsini təmin edən;

2.4. Azərbaycan xalqının tarixi mədəni ənənələrini tədqiq təşviq etdirən, habelə mədəni inkişaf istiqamətində əməli tədbirlər həyata keçirən;

2.5. Azərbaycan milli mədəniyyətinin qorunması, zənginləşdirilməsi inkişafında xidmətlər göstərən;

2.6. regional ölkə səviyyəsində böyük nüfuz qazanan, milli mədəniyyətin incəsənətin inkişafında rolu olan;

2.7. asudə vaxtın səmərəli təşkilində insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən;

2.8. qoruqlar “UNESCO Dünya İrs Siyahısı”na daxil edildikdə.

 

3. konsert müəssisələri üzrə:

3.1. tamaşa zalında oturacaq yerlərinin sayı minimum 600 olan;

3.2. tərkibində ən azı 6 kollektivi olan;

3.3. ölkə səviyyəsində böyük nüfuz qazanan, milli mədəniyyətin incəsənətin inkişafında xüsusi rolu olan;

3.4. istedadlı gənc kadrların yetişdirilməsində iştirak edən, kollektivin inkişafına xidmət edənkiçik səhnə studiyalar yaradan;

3.5. milli mədəni dəyərləri qoruyub saxlayan təbliğ edən;

3.6. əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü formalaşdıran onlarda bədii yaradıcılığa meyil oyadan;

3.7. vətənpərvərlik, humanizm, vətəndaşlıq, habelə milli, mənəvi, multikultural dəyərlərə hörmət rəğbət hisləri aşılayan;

3.8. asudə vaxtın səmərəli təşkilində insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən.

 

Akademik” status aşağıdakı meyarlar nəzərə alınmaqla verilir:

1. konsert müəssisələri üzrə:

1.1. tamaşa zalında oturacaq yerlərinin sayı minimum 500 olan;

1.2. tərkibində ən azı 5 kollektivi olan;

1.3. ölkə səviyyəsində böyük nüfuz qazanan, milli mədəniyyətin incəsənətin inkişafında xüsusi rolu olan;

1.4. milli mədəniyyətin incəsənətin inkişafında xüsusi rolu olan;

1.5. istedadlı gənc kadrların yetişdirilməsində iştirak edən, kollektivin inkişafına xidmət edənkiçik səhnə studiyalar yaradan;

1.6. əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü, bədii anlamını formalaşdıran onlarda bədii yaradıcılığa meyil oyadan;

1.7. vətənpərvərlik, humanizm, vətəndaşlıq, habelə milli, mənəvi, multikultural dəyərlərə hörmət rəğbət hisləri aşılayan;

1.8. asudə vaxtın səmərəli təşkilində insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən.

 

Respublikaəhəmiyyətli status aşağıdakı meyarlar nəzərə alınmaqla verilir:

1. kitabxanalar üzrə:

1.1. oxucularının ortaillik sayı minimum 55 min nəfər, kitab sayı minimum 2 milyon nüsxə, kitab verilişi minimum 600 min nüsxə olan;

1.2. kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması informasiyalaşdırma sahəsində müvafiq şöbələr bölmələr yaradan, informasiya kommunikasiya texnologiyalarından oxucuların əməkdaşların geniş istifadəsini təmin edən;

1.3. kitab fondu ənənəvi (kağız) elektron informasiya daşıyıcıları ilə zəngin olan, habelə milli xarici ədəbiyyatla müntəzəm təchiz olunan;

1.4. beynəlxalq qeydiyyatdan keçmiş avtomatlaşdırılmış kitabxana informasiya sistemi əsasında informasiyalaşdırılan kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, elektron kataloq elektron kitabxananın yaradılması istifadəyə verilməsini təmin edən;

1.5. əhalinin informasiyaya (o cümlədən virtual) olan tələbatını zamandan məkandan asılı olmayaraq yüksək səviyyədə təmin edən;

1.6. oxucu sorğularını daha dolğun cavablandırmaq üçün elektron informasiya vasitələrindən geniş şəkildə istifadə edən;

1.7. uşaqların informasiya, elm, tədris, habelə ümumi mədəni tələbatını yüksək səviyyədə ödəyən;

1.8. respublikanın mədəni həyatında fəal iştirak edən;

1.9. dünyanın aparıcı kitabxanaları ilə əməkdaşlıq, beynəlxalq tədbirlərdə Beynəlxalq Kitabxanalararası Abonementdə iştirak edən;

 

2. muzeylər, qoruqlar, qalereyalar üzrə:

2.1. fondunda Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına mədəni sərvətlərin mühafizə siyahısına salınan ən azı 5000 mədəni sərvət olan;

2.2. eksponatların elmi-tədqiqini elmi təqdimatını keçirən;

2.3. fondlarının elektron məlumat bazaları mövcud olan;

2.4. eksponatların konservasiyası, bərpası mühafizəsini təmin edən;

2.5. cəmiyyətdə baş vermiş sosial-siyasi hadisələrin ekspozisiyalarda əyani şəkildə əks etdirilməsini təmin edən;

2.6. dünyanın aparıcı muzeyləri muzey tipli müəssisələri ilə birgə əməkdaşlıq edən;

2.7. respublikanın mədəni həyatında fəal iştirak edən;

2.8. respublika əhəmiyyətli beynəlxalq sərgilərdə iştirak edən, qarşılıqlı sərgilər təşkil edən;

2.9. muzeyin muzey tipli müəssisələrin profili üzrə beynəlxalq yerli səviyyəli elmi konfransların, seminarların, simpoziumların, görüşlərin təşkili müxtəlif layihələrin hazırlanmasını təmin edən;

2.10. müasir informasiya kommunikasiya sistemlərindən istifadə edən;

2.11. əhalinin, xüsusən gənc nəslin bilik səviyyəsinin artırılmasında, estetik zövqünün, dünyagörüşünün formalaşmasında, milli ənənələrin qorunmasında, tarixi keçmişimizin öyrənilməsində, hərbi vətənpərvərlik hislərinin aşılanmasında müstəsna rolu olan;

 

3. konsert müəssisələri üzrə:

3.1. tamaşa zalında oturacaq yerlərinin sayı minimum 350 olan;

3.2. mədəniyyətin tədqiqinə, təhlilinə təbliğinə xidmət edən respublika səviyyəli elmi araşdırmalar aparan;

3.3. respublikada fəaliyət göstərən elmi qurumlar qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edən mədəniyyətin inkişafına dair əsaslandırılmış layihələrin hazırlanmasını təmin edən;

3.4. qabaqcıl beynəlxalq elmi-metodiki təcrübənin müvafiq sahədə tətbiq olunmasını təmin edən;

3.5. müvafiq sahəyə həsr olunan beynəlxalq yerli səviyyəli elmi konfransların, seminarların, simpoziumların görüşlərin təşkilini təmin edən.

 

 

Mədəniyyət.- 2018.- 12 oktyabr.- S.6.