Mingəçevir teatrının 50 illik yubileyi qeyd olunacaq
Oktyabrın 17-də Mingəçevir Dövlət
Dram Teatrının 50 illiyinə
həsr olunmuş tədbir keçiriləcək. Tədbir Prezident
İlham Əliyevin “Mingəçevir Dövlət
Dram Teatrının 50 illiyi
haqqında” sərəncamına
uyğun olaraq reallaşacaq.
Energetiklər şəhəri Mingəçevirin
təməli 1954-cü ildə
burada, Kür çayı üzərində
Mingəçevir SES-in istifadəyə
verilməsi ilə qoyulub. 14 il sonra, 1968-ci ildə şəhərdə Dövlət
Dram Teatrı yaradılıb.
Sənət ocağı
1969-cu il martın 28-də C.Cabbarlının
“Almaz” tamaşası ilə fəaliyyətə
başlayıb.
Teatrın ilk mütəxəssisləri Mingəçevir
Xalq teatrının və Azərbaycan Dövlət Teatr İnstitutunun məzunlarından
ibarət olub. Bu illər ərzində sənət ocağının
yaradıcı kollektivi
dünya və Azərbaycan dramaturgiyasından
300-ə yaxın tamaşa
hazırlayıb.
Yarandığı gündən repertuarında
milli klassik və müasir dramaturgiya nümunələrini
əsas götürən
Mingəçevir Dövlət
Dram Teatrı ölkəmizin
hüdudlarından kənarda
da fəal mədəniyyət ocağı
kimi tanınır. Yaradıcı kollektiv respublikamızın
əksər şəhər
və rayonları ilə bərabər, Türkiyə, Gürcüstan,
Rusiya və digər ölkələrə
qastrol səfərləri
edib, yerli və beynəlxalq festivalların iştirakçısı
olub.
Azərbaycan Teatr
Xadimləri İttifaqı İdarə Heyətinin qərarı
ilə Mingəçevir Dövlət Dram
Teatrında tamaşaya qoyulan
Hüseyn Cavidin “Ana” əsəri klassik
dramaturgiyanın uğurlu səhnə təcəssümünə
görə “Qızıl dərviş” mükafatına layiq görülüb.
Mədəniyyət.- 2018.- 17 oktyabr.-
S.1.