Arif Məlikovun mahnılarından ibarət konsert

 

 

 

Oktyabrın 31-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, SSRİ-nin Xalq artisti Arif Məlikovun mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Konsertdə tanınmış müğənnilərin ifasında bəstəkarın “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, “Günəş ürəkli” və digər mahnıları səsləndiriləcək. İfaçıları Azərbaycan TeleviziyaRadiosunun Tofiq Əhmədov adına Estrada simfonik orkestri və “Qaytağı” instrumental ansamblı müşayiət edəcək.

Qeyd edək ki, bu il 85 yaşı tamam olan bəstəkar balet, kantata, operetta, kamera-instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, filmtamaşalara musiqiləri ilə milli musiqi xəzinəmizi zənginləşdirib.

 

Mədəniyyət.- 2018.- 17 oktyabr.- S.3.