Mərkəzi İncəsənət Məktəbində
uşaqlar üçün
estrada sinfi
Bakıdakı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində uşaq estrada sənətini tədris edən sinif açılacaq.
Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli bu barədə məlumat verərək bildirib ki, estrada vokal-instrumental bölməsinin açılmasına çoxdan ehtiyac vardı, çünki uşaqlar klassik musiqi ilə yanaşı, estrada musiqisinə də yiyələnmək istəyirlər. Hazırda bu sahədə bir boşluq yaranıb. Estrada müğənnilərinin əksəriyyətinin musiqi diplomu yoxdur: “Bu boşluğu doldurmaq üçün yeni bölmə yaratmaq qərarına gəldik. Yeni dərsliklər nəşr ediləcək, tanınmış müəllimlər və koordinatorlar işə cəlb olunub. Başlıca məqsəd ölkəmizdə estrada sənətinin səviyyəsini qaldırmağa çalışmaqdır”.
Layihənin bədii rəhbəri Emil Minyaşev, musiqi nəzəriyyəsi müəllimi Elmira Pənahova, ümumi fortepiano sinfi üzrə müəllim Zemfira Mir-Qədirova, səhnə ustalığı üzrə məsləhətçi Mikayıl Rəfiyev, vokal müəllimi Humay Süleymanbəyli, vokal üzrə baş məsləhətçi Rizvan Sədirxanov, estrada vokalı üzrə məsləhətçilər – əməkdar artistlər Nərgiz Kərimova və Sevda Ələkbərzadədir.
Qeyd olunub
ki, estrada sinfində uşaqlara səhnə obrazı, estrada vokalı, müasir üslub, səhnə mədəniyyəti
öyrədiləcək, onlar ansambl, musiqi əsasları,
estrada alətləri dərsləri alacaqlar, onlarda yüksək
estetik zövq yaranacaq. Uşaq estrada sənəti sinfində oxuyacaq
uşaqlar beynəlxalq səhnələrə
çıxmaq imkanı qazanacaq, beynəlxalq
müsabiqələrdə iştirak edəcəklər.
Mədəniyyət.- 2018.- 17
oktyabr.- S.5.