“Ulduz çoxluğu
qədər təklik”
Şair, publisist, folklorşünas Elxan Yurdoğlunun yeni şeirlər kitabı belə adlanır. Naxçıvanda “Əcəmi” nəşriyyatında çap olunan nəşrin redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Hüseyn Bağıroğludur.
Kitabda bədii nümunələr
“Şeir-şeir yazdım bu
şəhəri”, “Hər adam bir tənha yoldur”,
“Duyğularım çərpələng” bölmələri
üzrə təqdim olunur. Müəllif
kitabın əvvəlində oxuculara
müraciətlə yazır: “...Şeirlərimdə başqalarını
yox, özünüzü
axtarın. Yazdıqlarımın hər birini
mənə siz özünüz
danışmısız. Bəzən gözyaşınız
pıçıldayıb, bəzən kədərli gülüşünüz. İndi
də mən pıçıldadıqlarınızla sizin görüşünüzə gəlmişəm.
Şeirlərimdə özünü tapanlardan bir xahişim var. Bu şeirləri pıçıltı ilə
oxuyun. Qoy mənə
danışdıqlarınızı sizdən başqası
bilməsin”.
Mədəniyyət.- 2018.- 17
oktyabr.- S.6.