Bir dəfə Bağdadda

 

 

 

Azərbaycan Dövlət Musiqili Teatrı oktyabrın 12-də 109-cu mövsümün ilk premyerasını – “Bir dəfə Bağdadda  musiqili komediyasını sənətsevərlərə təqdim edib. Görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında teatrın rus bölməsində ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Əsərdə hadisələr Bağdadda, xəlifə Harun ər-Rəşidin dövründə baş versə də, müasir zamanla səsləşir. Anşlaqla keçən, maraqlı süjet xətti, səhnə dekorasiyası və peşəkar aktyor oyunu ilə yadda qalan tamaşa alqışlarla qarşılanıb.

Tamaşaçılar yaradıcı heyətə gül-çiçək dəstələri hədiyyə edərək xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, premyerada rolları əməkdar artistlər Boris Qrafkin (Masrur), Anton Ferştdant (Harun ər-Rəşid), Svetlana Bulax (Afət), aktyorlar Emil Heydərov (Səlim), Yuliya Heydərova (Züleyxa), Pərviz Məmmədov (Bəhram), Mehriban Zalıyeva (Leyla), Əliməmməd Novruzov (Rəhim), Nadejda PovelitsinaTelnaz Hüseynova (Xacələr) ifa ediblər. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir AğayevYelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.

 

Mədəniyyət.- 2018.- 17 oktyabr.- S.7.