Heydər Əliyev Sarayında “Şanson gecəsi”
Oktyabrın 16-da Heydər Əliyev Sarayında “Şanson gecəsi” adlı konsert proqramı təqdim olunub.
Konsertdə tanınmış şanson ifaçıları Cəlal Abbasov, Ceyhun Bakinski, Hava Dolev, Flora Eyvazova, Şakir Mərdanov, Şamil Kərimov, Oleq Selin və Bayram Cəlilov iştirak ediblər.
Gecə bir-birindən yeni, maraqlı və fərqli çıxışlarla yadda qalıb.
Müğənnilər konsertdə hər zaman populyarlığını saxlayan şanson
janrında mahnılarla yenidən paytaxt
sakinlərini və qonaqları sevindiriblər. Təqdim olunan konsert proqramı
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2018.- 19
oktyabr.- S.8.