Misir telekanalında Azərbaycanın mədəni irsindən söhbət açılıb

 

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin fəal xanımları İnarə Osmanova, Səbinə Səmədova və Sandi Səlim bu ölkənin “Nil Mədəniyyət” dövlət televiziya kanalında “Mənim gecəm” proqramının qonağı olublar.

Canlı yayımlanan verilişin mövzusu “Azərbaycan qadını keçmişdən bu günə qədər” olub.

Verilişdə azərbaycanlı xanımlar milli mətbəximiz, nişantoy adətlərimiz barədə danışıb, həmçinin milli geyimlərimiz haqqında söhbət açıblar. Azərbaycanda qadınların təhsilə böyük maraq göstərdikləri qeyd edilib. Diaspor fəalları Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrdən də danışıblar.

Verilişdə “Sarı gəlin”i xalq mahnısı ifa edilib, ölkəmizin müasir simasını əks etdirən videoçarx nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.8.